Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidməti çərçivəsində 100-dən çox sosial pedaqoqla görüş keçirilib.
Sosial Xidmətlər Agentliyi ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən tədbir maarifləndirmə xarakteri daşıyıb.
Görüşdə Bakının Xətai, Nizami, Xəzər, Sabunçu, Yasamal, Qaradağ, Binəqədi, Suraxanı, Nəsimi və Nərimanov rayonları, eləcə də Abşeron, Xızı və Sumqayıt ərazilərində yerləşən ümumtəhsil məktəblərinə təhkim olunmuş sosial pedaqoqlar iştirak edib.
Agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli, əməkdaşlar Günay Mirzəyeva və Aydan Əbdülbağıyeva təhsildə sosial iş xidmətinin əhəmiyyəti, bu xidmətin əhatə dairəsi, həssas qruplarla aparılan sosial işdə rolundan danışıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib və lazımi tövsiyyələr verilib.