Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidməti çərçivəsində daha bir qrup sosial pedaqoq üçün təlim keçirilib.
Sosial Xidmətlər Agentliyi ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Qubada təşkil edilən təlimdə 60-dan çox sosial pedaqoq iştirak edib.
Görüşdə bu rayonla yanaşı, ətraf rayonların ümumtəhsil məktəblərinə təhkim olunan sosial pedaqoqlar iştirak edib.
Agentliyin əməkdaşları təqdimatlarda təhsildə sosial iş xidmətinin əhəmiyyəti, bu xidmətin əhatə dairəsi, həssas qruplarla aparılan sosial iş prosesində rolundan danışıblar.
Təlim mövzu ətrafında müzakirələr və sualların cavablandırılması ilə davam edib. İştirakçıları maraqlandıran istiqamətlərdə tövsiyyələr verilib.