04.04.2024

Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və "CineMastercard” kinoteatrının dəstəyi ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün cizgi filmi nümayiş olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və "CineMastercard” kinoteatrının dəstəyi ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün cizgi filmi nümayiş olunub. 

2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü çərçivəsində təşkil edilən tədbirdə Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrinin 30-a yaxın sakini iştirak edib. 

Xoş təəssüratlarla yadda qalan tədbirin məqsədi həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasına töhfə verməkdir. 

Qeyd edək ki, hazırda Agentliyin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün iki sosial xidmət müəssisəsində 300-ə yaxın şəxs stasionar xidmətlərlə əhatə olunur.