Gürcüstan Ədliyyə Nazirliyinin Cinayətkarlığın qarşısının alınması, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası və probasiya üzrə Milli Agentliyinin təsis edilməsinin yubileyi münasibətilə Tbilisi şəhərində “Cinayətkarlığın qarşısının alınmasında kompleks yanaşma” adlı beynəlxalq konfransda keçirilib.
Agentliyin idarə heyəti sədrinin müavini Faiq Ağayev və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ləman Babayevanın təmsil etdiyi tədbirdə Avropa Probasiya Konfederasiyasının (CEP), Gürcüstan, Niderland, Rumıniya, Xorvatiya, Çexiyadan bir sıra dövlət qurumlarının rəhbər şəxsləri və əməkdaşları, eləcə də parlament və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
Konfransın keçirilməsində əsas məqsəd cinayətlərin qarşısının alınması, probasiya sahəsində qurumlararası əməkdaşlığı gücləndirmək, bu sahədə mütəxəssislərin peşəkar inkişafına, sosial reabilitasiyasına kömək etmək, mövcud xidmətlər və resurslar haqqında məlumat mübadiləsini asanlaşdırmaq, probasiya nəzarətində olan şəxslərin sosial mühitə adaptasiyası istiqamətində fəaliyyətin artırılmasıdır.
Qeyd edək ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Ədliyyə nazirinin müşaviri Elvin Hətəmzadə, Probasiya xidmətinin rəisi Vüqar Ağayev də iştirak edib.