Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabineti fəaliyyətə başladığı 2022-ci ildən bu günədək 50-yə yaxın şəxsi sosial reabilitasiya xidmətləri ilə təmin edib.
Sosial Xidmət Kabinetində 18 yaşınadək əlilliyi olan uşaqlar psixoloq və loqoped tərəfindən sosial reabilitasiya proqramına cəlb olunurlar.
Burda uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil edilir.
Agentliyin Abşeron-Xızı Regional Filialının inzibati binasında fəaliyyət göstərən kabinetdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara müxtəlif reabilitasiya xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb.
Hazırda Sumqayıt Sosial Xidmət Kabinetində 22 uşağın reabilitasiyası davam etdirilir.