Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialının təşkilatçılığı ilə Bərdədə “Təhsildə sosial iş” və “Narkomaniya ilə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Bərdə şəhər N.Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə təşkil edilən görüşdə 8, 9 və 10-cu sinif şagirdləri, eləcə də məktəbin psixoloqu və müəllim heyəti iştirak edib.
Çıxışlarda narkomaniya ilə mübarizə üsulları, narkomaniyanın insan həyatında səbəb olduğu fəsadlar barədə məlumatlar verilib.
Təqdimatlarda Agentliyin “Təhsildə sosial iş” xidmətinin mahiyyəti, bu xidmətin məqsədi, orta məktəblərdə həssas əhali qruplarından olan uşaqların erkən aşkarlanması, onların ailələri ilə sosial işin aparılması prosesindəki rolundan danışılıb.
Sonra suallar cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.