Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təhsildə sosial iş xidməti çərçivəsində daha 81 sosial pedaqoq üçün təlim təşkil edilib.
Sosial Xidmətlər Agentliyi ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən təlimdə Gəncə şəhəri və Gəncə ətrafı rayonlarda yerləşən ümumtəhsil məktəblərinin sosial pedaqoqları iştirak edib.
Agentliyin əməkdaşları təhsildə sosial iş xidmətinin əhəmiyyəti, bu xidmətin əhatə dairəsi və həssas qruplarla aparılan sosial işdə rolundan danışıblar.
İştirakçılara ilkin qiymətləndirmə alətinin istifadəsi ilə bağlı məlumatlar aşılanıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.