Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Təhsildə sosial iş xidməti” mövzusunda daha bir maarifləndirici görüş keçirilib.
Lənkəran şəhərində yerləşən 5 saylı tam orta məktəbin 8-9-cu sinif şagirdləri və kollektivi üçün təşkil edilən görüşdə Agentliyin əməkdaşları iştirakçılara layihənin əhəmiyyəti haqqında ətraflı məlumat veriblər.
İştirakçılar “Təhsildə sosial iş xidməti”nin mahiyyəti, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və digər vacib məqamlarla bağlı informativ məlumatlar əldə ediblər.
Xidmətin əsas məqsədi uşaqların sosial müdafiəsini həyata keçirmək, onların hüquqlarını təmin etmək, diqqət və qayğını təşviq etməklə azyaşlılara qarşı pis rəftarın və zorakılığın qarşısını almaq, həmçinin bu sahədə məlumatlılığı artırmaqdır.
Tədbirin sonunda şagirdlərin fikirləri dinlənilib və onlara bu istiqamətdə tövsiyələr verilib.