15.03.2024

“Təhsildə sosial iş xidməti” mövzusunda maarifləndirici görüşlər davam etdirilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Təhsildə sosial iş xidməti” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.
Sözügedən görüş Xırdalan şəhərində yerləşən 9 saylı tam orta məktəbin kollektivi üçün təşkil edilib. 
Maarifləndirmə xarakteri daşıyan görüşdə Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirakçılara layihənin əhəmiyyəti haqqında ətraflı məlumat veriblər.  
Çıxışlarda “Təhsildə sosial iş xidməti”, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəbin müəllim heyəti və məktəb psixoloqlarına, eləcə də 10 və 11-ci sinif şagirdlərinə informativ məlumatlar verilib. 
Xidmətin əsas məqsədi uşaqların sosial müdafiəsini həyata keçirmək, onların hüquqlarını təmin etmək, diqqət və qayğını təşviq etməklə onlara qarşı pis rəftarın və zorakılığın qarşısını almaq, həmçinin bu sahədə məlumatlılığı artırmaqdır. 
Tədbirin sonunda şagirdlərin bullinqlə bağlı həyat təcrübələri, hüquqlarının pozulduğu hadisələrlə bağlı halları dinlənilib və onlara bu istiqamətdə əhəmiyyətli tövsiyələr verilib.