Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Dövlət Universitetinin Qazax filialında “Asılı olma, azad ol” mövzusunda maarifləndirici tədbir keçirilib.
Agentliyin Qazax-Tovuz regional filialının əməkdaşları Universitetin tələbələrinə narkotik maddələrdən istifadənin risk faktorları və fəsadları, narkomaniya ilə mübarizə sahəsində görülən tədbirlər barədə məlumatlar veriblər.
Görüşün sonunda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.