29.04.2025

Tələbələr üçün valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi mexanizmi mövzusunda master-klas təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Biznes Universitetində "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi mexanizmi və gələcək perspektivlər" mövzusunda master-klas təşkil edilib.  

Universitetin müəllim heyəti və “Sosial iş” ixtisasının 4-cü kurs tələbələrinin iştirak etdiyi görüşdə mövzunun əhəmiyyətinə diqqət çəkilib.

Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin şöbə müdiri Samir Hüseynov övladlığagötürmə mexanizmi, bu fəaliyyətin həyata keçirilməsi və digər mühüm istiqamətlərdən danışıb.

Həmçinin tələbələrə himayədar ailə modeli, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamaları üçün həyata keçirilən dövlət siyasəti və bu istiqamətdə atılan mühüm addımlar, onların cəmiyyətdə dəstəklənməsi məqsədilə reallaşdırılan layihələr barədə məlumatlar verilib.

Mövzu ətrafında müzakirələr və sulların cavablandırılması ilə davam edən bu kimi görüşlər iki qurum arasında imzalanan memoranduma əsasən davamlı həyata keçirilir.