Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Erkən nikah - insan alverinə şərait yaradan amillərdən biri kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı şagirdlərə Mərkəzin fəaliyyəti və burada göstərilən yardımlar haqqında məlumat verilib. İnsan alveri mövhumu, onun mahiyyəti, formaları, uşaqlara xas xüsusiyyətləri haqqında ətraflı danışılıb. Mərkəzin əməkdaşları, həmçinin erkən nikahın fəsadlarından və bunun insan alverinə şərait yaradan amillərdən biri olmasından bəhs ediblər.
Tədbirin sonunda şagirdlərlə mövzuya dair müzakirələr keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.