Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında üçüncü mini futbol turnirinin pley-off mərhələsi keçirilib.
Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin komandaları qarşılaşıblar.
Əsas vaxtı 1-1 hesabı ilə bitən oyunun penaltilər seriyasında 5-4 hesabı ilə qalib gələn komandamız növbəti qrup mərhələsinə vəsiqə qazanıb.