10.08.2023

Ukraynalı uşaqların Qəbələdə istirahətləri davam edir

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən ukraynalı uşaqların sosial reabilitasiyası davam edir. 

Paytaxt Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrinə gəzintisi təşkil edilib. İsmayıllı rayonunun Basqal qəsəbəsində olan uşaqlar bunun ardınca Qəbələ rayonunda olublar. Qəbələnin Laza kəndində də olan uşaqlar  lavaşın hazırlanması prosesində iştirak ediblər. 

Ukraynalı uşaqların Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur. 

14 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədilə təşkil edilib.