15.06.2024

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatının final yarışı keçirildi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təşkil olunan minifutbol çempionatının final mərhələsi keçirilib.

Final oyununu izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Hikmət Osmanov və b. olub.

Əvvəlcə 3-cü yer uğrunda Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Agentliyin komandaları mübarizə aparıb.

DSMF-nin komandası 2:1 hesabı ilə qalib gələrək çempionatda 3-cü yeri tutub.

Sonra final oyununda qarşılaşacaq komandalar - Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və  Dövlət Məşğulluq Agentliyin komandaları meydana daxil olub.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Gərgin mübarizə şəraitində keçən oyunda SXA-nın komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək Nazirlik üzrə keçirilən minifutbol çempionatının qalibi olub. 

Sahil Babayev, Hikmət Osmanov və b. tərəfindən final oyunlarını idarə edən hakimlərə və turnirin ən məhsuldar oyunçusuna diplomlar, çempion komandaya kubok, diplom və medallar, II və III yeri tutmuş komandalara diplom və  medallar təqdim edilib.

Mayın 11-dən başlanan minifutbol çempionatında Nazirliyin qurumları üzrə ümumilikdə 12 komanda mübarizə aparıb.