Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və Azərbaycan Minifutbol Federasiyasının (AMF) birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin 2-ci qrup mərhələsinin oyunları keçirilib.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Prokurorluq komandalarının qarşılaşması nəzərdə tutulsa da rəqib komanda oyunda iştirak etməyib. Bu hal Baş Prokurorluq komandasının texniki məğlubiyyəti kimi qiymətləndirilib. Nəticədə Nazirliyin komandası 5-0 hesabı ilə qalib elan olunub.