Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin ilk turunun oyunları keçirilib. Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mərkəzi Bankın komandaları qarşılaşıblar. Oyun 7-0 hesabı ilə nazirliyin komandasının xeyrinə başa çatıb.