14.11.2024

“Uşaq hüquqları aylığı” çərçivəsində onlayn görüş keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin filiallarının əməkdaşları üçün “Uşaqlarla sosial-psixoloji xidmət prosesində onların hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici görüş təşkil edilib. 

Onlayn formada keçirilən görüşdə uşaq hüquqlarının müdafiəsinin onların psixoloji inkişafına təsiri, hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların sosial-psixoloji adaptasiyası, təhsildən yayınan şagirdlərlə sosial-psixoloji iş, repatriasiya olunmuş uşaqların yeni mühitə adaptasiyası proseslərində onların hüquqlarının müdafiəsi mövzularında təqdimatlar edilib. 

Görüş “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilib. 

Sonunda iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.