Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların məskunlaşdığı müəssisələrin məsul əməkdaşları üçün məlumatlandırma təlimi keçirilib.
Təlimdə həmin kateqoriyadan olan 14 müəssisə üzrə 19 əməkdaş iştirak edib.
Görüşdə uşaqların uçot məlumatlarının valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsisteminə daxil edilməsi, daimi yenilənməsi və altsistemindən istifadə qaydaları barədə məlumatlar verilib.
Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb.