Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov şəhid Elçin Mirzəyevin ailəsini ziyarət edib. Şəhidimizin övladları Gülay, Əsma və Aylinlə görüşüb.
Elçin 10 oktyabr 2020-ci il tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra dövlət başçısının müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.
Görüş zamanı şəhidimizin vətənpərvərliyindən, döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Bütün şəhidlərimiz kimi, Elçin Mirzəyevin də əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Ailənin bundan sonra da daima qayğı ilə əhatə olunacağı qeyd olunub.