27.12.2023

Vətən müharibəsi şəhidlərinin, əlillərinin və iştirakçılarının övladları üçün, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirləri keçirilir

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən müharibəsi şəhidlərinin, əlillərinin və iştirakçılarının övladları üçün, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirləri keçirilir.
Tədbirlər Bakı, Sumqayıt, Gəncə, Abşeron, Şirvan, Lənkəran, Bərdə, Yevlax, Şəmkir, Qazax və respublikanın digər şəhər və rayonları üzrə təşkil olunub.
Əsas məqsəd iştirakçıların asudə vaxtının maraqlı və səmərəli keçirilməsidir. Bu məqsədlə tədbirlərdə konsert proqramları, əyləncəli oyunlar, viktorinalar təşkil olunub. Sonda isə iştirakçılara hədiyyələr təqdim edilib.