Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi şəhidlərinin övladları üçün kinoteatra səfər təşkil edib.
Şəhidlərimizin yadigarları "Gənclik Mall" Ticarət mərkəzinin "CineMastercard" kinoteatrında “Vəhşi robot” cizgi filmini izləyiblər.
Səfərin məqsədi qəhrəmanlarımızın əmanətləri olan azyaşlıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.