Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün “Zirə Gülçülük” MMC-nin gülçülük plantasiyasına ekskursiya təşkil edilib.
Vətən müharibəsinin dördüncü ildönümünə həsr edilən ekskursiyada 20-dən çox şəhid övladı iştirak edib.
Ziyarətin məqsədi qəhrəmanlarımızın əmanətləri olan azyaşlıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Gəzinti zamanı uşaqlara ərazidə mövcud olan bitki çeşidləri (güllər, dekorativ kollar, ağaclar və s.) və onların yetişdirilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Sonra uşaqlar üçün master-klas təşkil edilib və onlar müxtəlif bitkilərin əkilməsi prosesində iştirak ediblər.
Ekskursiya xoş təəssüratlarla yadda qalıb.