23.04.2025

Vətən müharibəsi şəhidlərinin övladları üçün master-klas təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün master-klas təşkil edilib. 

Uzun illərdir dulusçuluqla məşğul olan Cəsarət Nuriyev şəhidlərimizin övladlarını qədim el sənətinin sirləri ilə tanış edib. 

20-yə yaxın şəhid övladının iştirak etdiyi master-klasda uşaqlar müxtəlif əşyaların hazırlanması və rənglənməsi metodlarını öyrəniblər. 

İştirakçılara dulusçuluq sənətinin tarixi və qədim əl işləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.