01.07.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Samux rayonunda vətəndaş qəbulu keçiriləcək

İyulun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Samux rayonunda vətəndaş qəbulu keçirəcək.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar iyulun 24-dək  (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək,  sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.