07.03.2025

Vüqar Behbudov Xüsusi Olimpiya Komitəsinin sədri seçilib

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov səsvermə əsasında Komitənin yeni sədri seçilib.

Xüsusi Olimpiya hərəkatı əqli imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan insanlara atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır.