27.01.2024

Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Ötən il daha 17,4 min nəfər üçün bu proqram çərçivəsində kiçik təsərrüfatlar yaradılıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Həbibov Ömər Şərəfi oğlu və Əlibəyova Hicran Əsədulla qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə Ö.Həbibov üçün kişi bərbərxanası, H.Əlibəyova üçün isə kiçik dərzi sexi qurulub. Onlar işsiz şəxslərin kiçik biznesə çıxışı, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Mühüm sosial-iqtisadi önəm kəsb edən özünüməşğulluq proqramı ildən-ilə genişləndirilir. Ötən il də bu proqram çərçivəsində ölkəmizdə daha 17,4 min, o cümlədən Xaçmaz rayonunda 400-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar qurulub.