23.04.2025

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial aksiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, TƏBİB və Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə sosial xidmət müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları üçün korporativ sosial məsuliyyət layihəsi çərçivəsində tədbir həyata keçirilib. 

Dünya Kitab və Müəllif Hüquqları Gününə həsr edilən tədbir çərçivəsində Sosial Xidmətlər Agentliyinin müəssisələrində yaşayan bir qrup uşaq 1 nömrəli uşaq poliklinikasında tibbi müayinədən keçiblər. 

Sonra layihənin dəstəkçisi olan əməkdar artist, aktyor, naşir Bəhram Bağırzadə uşaqlarla görüşüb, onlara öz imzalı kitablarını hədiyyə edib. 

Həyata keçirilən bu kimi layihələr uşaqların sağlamlığını, mədəniyyət və təhsil sahəsində inkişafını dəstəkləmək, onların həyatına müsbət təsir etmək və sosial cəhətdən həssas qruplara diqqət çəkmək məqsədi daşıyır.