Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib.
Bayram tədbirlərinə Vətən müharibəsi şəhidlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının övladları, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər cəlb edilib.
Tədbirlər Bakı, Abşeron və digər şəhər və rayonlarda təşkil olunub.
Konsert proqramları, əyləncəli oyunlar, viktorinalar, eləcə də təqdim edilən hədiyyələr iştirakçılara xoş təəssüratlar bəxş edib.
Məqsəd bu kateqoriyadan olan şəxslərin asudə vaxtının maraqlı və səmərəli keçirilməsi, onların sosial reabilitasiyasına dəstək göstərilməsidir.
Novruz şənliklərində ümumilikdə, həssas kateqoriyadan olan 5 minə yaxın uşaq iştirak edib.