Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və “Circus Sea Breeze”in dəstəyi ilə həssas kateqoriyadan olan bir qrup uşaq üçün sirkə ekskursiya təşkil edilib.
Ekskursiyaya Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş șəxslər üçün sosial xidmət müəssisələrinin azyaşlı sakinləri cəlb olunub.
Xüsusi qayğıya ehtiyacı olan 30-a yaxın uşağın iştirak etdiyi tədbirdə peşəkar akrobatlar, janqlyorlar, sehrbazlar, eləcə də ekvilibristlərin çıxışları uşaqların marağına və sevincinə səbəb olub.
Xoş təəssüratlarla yadda qalan səfərin məqsədi həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaqla onların cəmiyyətə inteqrasiyasına töhvə verməkdir.