Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Bakı Marionet Teatrı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi təşkil olunub.
Tədbir çərçivəsində Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar “Qız qalası” təsvirini canlandırıb, marionet sənəti ilə tanış olub və öz fantaziyalarına uyğun rəsmlər çəkiblər.
Səfərin məqsədi həssas kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.