Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün JOY Norveç təşkilatının dəstəyi ilə yay düşərgəsi təşkil olunub.
Uşaqlar xarici və yerli könüllülərin köməyi ilə çimərlikdə istirahət ediblər. Daha sonra onların müxtəlif parklar, paytaxtın görməli yerləri və istirahət məkanlarına gəzintiləri təşkil olunub. Həmçinin uşaqların iştirakı ilə müxtəlif əyləncəli oyunlar keçirilib.
Düşərgə uşaqların sevincini əks etdirən rəngarəng görüntülərlə yadda qalıb. 78 uşağın iştirak etdiyi yay düşərgəsinin əsas məqsədi onların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyasına dəstək göstərməkdir.