8 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin 8 ayında 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Onlardan 300 nəfəri şəhid ailələrinin üzvləridir.
Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, “Möcüzəvi Naftalan” Sağlamlıq Mərkəzi, “Şahdağ Quba Truskavets” Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.
Ümumilikdə postmüharibə dövründə 10 656 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onların 1000-dən çoxu şəhid ailələrinin üzvləridir.