Yanvarın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şamaxı rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Şamaxı ilə yanaşı, Qobustan rayon sakinləri də iştirak edə bilərlər.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və digər sosial məsələlər üzrə müraciətləri cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar 22 yanvar 2025-ci il tarixinə qədər (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.