12.03.2024

Yel çərşənbəsində Ahıllar evinin sakinləri ilə birgə ağacəkmə aksiyası keçirilib

Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət  ediblər.

Sonra sakinlərlə birgə müəssisənin ərazisində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Cavid Əbdul-Qədirov, ETSN-nin Həmkarlar Komitəsinin sədri Telman Quliyev, ekokönüllülər iştirak ediblər.

Müəssisənin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.

Aksiya ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və artırılmasına töhfə vermək məqsədi daşıyıb.

Tədbir iştirakıları Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaradılan şəraitlə də tanış olublar.