05.03.2025

Zaqatala sakinlərinin nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 12 mart 2025-ci il tarixində saat 11:00-da  Zaqatala şəhərində İctimai Dinləmə keçiriləcək. 

İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri” mövzusuna həsr olunacaq. 

İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5383) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Şəki-Zaqatala regional filialına yaxınlaşa bilərlər.